Füzulidə xeyli silah-sursat tapılıb - FOTO

11:38 13.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Füzulidə silah-sursat aşkar edilib.

DİN-in Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.